ABŞ diplomatlarından PKK-ya ZİYARƏT - Sensasion gəlişmə

Baxış sayı:
1075

ABŞ Xarici İşlər Nazirliyindən bir nümayəndə heyəti, Suriyanın şimalında terror təşkilatı PYD/PKK-nın işğalında olan yaşayış məntəqələrinə səfər edib.
 
ABŞ nümayəndə heyətindən ortalığı qarışdıracaq səfər
 
Maks Martin rəhbərlik etdiyi ABŞ Xarici İşlər Nazirliyinə məxsus nümayəndə heyəti dünən PYD/PKK-nın həmsədr müavini Aldar Xəlil, Qəndildən gələn terrorçubaşı Fevze Yusif və Bedran Ciya Kürdlə görüşüb.
 
FEDERAL SİSTEM
 
Görüşdə terror təşkilatının mənsubları, Amerikalı nümayəndələrə Suriyada federal sistemin qurulması tələblərini çatdırıb.
Nümayəndə heyəti daha sonra Kobaniyə keçərək, PYD/PKK-nın örtük təşkilatı SDG-nin baş komandanı Şahin Cilo kod adlı Fərhad Abdi Şahin ilə görüş keçirib.
ABŞ nümayəndə heyəti, terror təşkilatının Raqqanın idarəçiliyinin  mülki şəxslər tərəfindən idarə olunduğunu göstərmək üçün qurduğu qondarma Rakka Məclisnini üzvləri ilə də bir araya gələrək, xarabaya dönən şəhərin yenidən inşasını müzakirə ediblər.
Terror yuvası Qəndilin Suriyadakı adamı olan Cilo, PYD/PKK adına uzun müddətdir ki, silahlı əməliyyatları idarə edir. Amerikalı rəsmiləri bu ərazilərdəki bütün əməliyyatları məhz Cilo üzərindən yürüdür.
Xatırladaq ki, Suriyada bir müddət terror təşkilatı PYD/PKK-nın örtük təşkilatı SDG-nin sözçüsü olan və sonradan qaçaraq Türkiyəyə sığınan polkovnik Talal Silo, Anadolu Agentliyinə verdiyi açıqlamada, "Cilo ilə ABŞ administrasiyası arasında tam bir koordinasiya olduğunu" söyləmişdi.

Müxalifət.az