​ABŞ diplomatı Cənubi Qafqazdakı silahlanma haqda: “Bu, sizin probleminizdir”

Baxış sayı:
3907

Dağlıq Qarabağ münaqişəsi tərəflərinə rus silahlarının satışı amerikalılar üçün yox, rus siyasətçilər üçün problemdir.
Bunu Ermənistana səfər edən ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müavinin köməkçisi Corc Kent deyib.
Onun sözlərinə görə, münaqişə tərəflərinin silah tədarük etməsi insan itkisinə yol açır: “Ermənilərin və azərbaycanlıların bu münaqişədən əziyyət çəkdiklərini və yaxınlarını itiridiklərini bilirəm. İnsanları qorxutmayan həll yolu tapmaq lazımdır”.
Corc Kent münaqişə tərəflərinin silahlandırılmasının BMT-nin toplantılarında gündəmə gətirilmədiyinə də diqqət çəkib.