​ABŞ diplomatı Çində hücuma məruz qaldı: qeyri-adi səs...

Baxış sayı:
10012

Çində konsulluğumuzun bir diplomatı hücuma məruz qalıb.
Muxalifet.az xəbər verir ki, bu barədə məlumatı ABŞ Dövlət katibi Mayk Pompeo verib.
Pompeo bildirib ki, diplomat Kubadakı konsulluq işçisi kimi bənzər hücuma məruz qalıb və qeyri-adi səsin təsirinə məruz qalıb. ABŞ və Çin hadisəni araşdırır. Ekspert qrupları hadisənin baş verdiyi Quançao şəhərinə göndərilib.
Qeyd edək ki, bir müddət öncədə ABŞ-ın Havanadakı diplomatı ailəsi ilə birgə qeyri-adi səsin təsirindən eşitmə qabiliyyətində problem yaşamışdı.