“ABŞ dəhşətli bir SƏHV ETDİ” - AMERİKALI PROFESSOR

Baxış sayı:
1180

Marina Corps Universitetinin müəllimi Prof. Dr. Edward Erickson, Afrin əməliyyatının Fərat Qalxanı Hərəkatının davamı olacağını deyib.
 
Fərat Qalxanı Hərəkatı ilə Suriyanın şimalında yaradılmağa çalışılan "terror koridorunu" dağıdan Türkiyənin, terror təşkilatı PYD/PKK-nın işğalı altında olan Afrinə qarşı mümkün əməliyyatı, dünya ictimaiyyəti tərəfindən yaxından izlənilir.
Dünyanın aparıcı hərbi tarixçilərindən olan Prof. Dr. Edward Erickson, Türkiyənin ehtimal olunan Afrin əməliyyatıyla bağlı Anadolu Agentliyini müxbirinin suallarını cavablandırıb.
Erickson, Afrin əməliyyatının Fərat Qalxanı Hərəkatının davamı olacağına işarə edərək, "Fərat Qalxanı Hərəkatı, Şimali Suriyaya qədər gəlib, Münbiçin ətrafını təmizləyəndə bu lokal problemi həll etdi" deyə, söyləyib.
 
TERROR TƏŞKİLATINA VERİLƏN SİLAHLAR
 
Erickson, terror təşkilatının Türkiyə üçün təhlükə yaratdığını bildirərək, "Türkiyəyə (terror təşkilatı PYD/PKK-ya verilən) silahları geri alacağımıza dair, prezidentimiz, müdafiə nazirimiz söz verdi. Türkiyənin buna inandığını düşünmürəm. Şəxsən mən bu silahların geri alınacağına inanmıram, ən narahatedici məqam da budur" deyə, bildirib.
Terror təşkilatı PYD/PKK-nın silahları geri verməyəcəyini deyən Erickson, bu vəziyyətin Amerika ilə Türkiyə arasında böyük problem yaradacağını ifadə edib.
Erickson, "Mənim şəxsi rəyim bundan ibarətdir ki, ölkəm Amerikanın bu Suriyalı Kürdlərini (PYD) dəstəkləyərək dəhşətli bir səhv etdiyini düşünürəm" deyib.
 
“AMERİKANIN MİLLİ HƏRBİ SİYASƏTİNİ GÖZLƏYİRİK"
 
Erickson, "Amerikanın Suriyada nə etmək istədiyinə dair müəyyən bir planı varmı"? sualına isə belə cavab verib:
“Obamanın siyasəti Əsədin getməsi istiqamətində idi. Suriyadakı vəziyyət elə mürəkkəb bir hal aldı ki, Obama rəhbərliyinin bu fikri, “bəlkə Əsəd qala bilər, amma bir şəkildə anlaşmamız lazımdır” kimi dəyişdi. Tramp prezidentliyi təhvil alandan bəri Əsəd ilə əlaqədar olaraq dəqiq bir açıqlama verməyib. 2 min Amerikalı əsgər Suriyada İŞİD ilə müharibə vəziyyətindədir və demək olar ki, İŞİD bitirilib. İndi əsas sual budur, İŞİD tamamilə təmizlənəndə Amerika nə edəcək? Orada qalacaqlar, yoxsa gedəcəklər? PYD-ni, Əsədi yıxmağa qarşı təşviq edəcəklərmi? Həqiqətən bilmirik. Trampın iki həftə əvvəl bəyan etdiyi Milli Təhlükəsizlik Strategiyası, Suriya haqqında qeyri-müəyyəndir. İndi yayımlanması gecikən Amerikanın milli hərbi siyasətini gözləyirik. Nəşr olunanda Tramp rəhbərliyi bu məsələ haqqında nə düşündüyünü açıqlayacaq. İndi söyləyə biləcəyim tək şey Əsəd rejimi getsə, yerinə gələcək bir şeyin olmamasıdır".
Müxalifət.az