​ABŞ Deyr-əz-Zordan neft aparmağa hazırlaşır — FOTO

Baxış sayı:
1828

Suriya vətəndaş müharibəsinin ən mübahisəli bölgəsi olan Deyr-əz-Zor, müharibənin başlanmasından bu yana gah bu, gah da digər güclərin əlinə keçir.
Muxalifet.az “haber7”yə istinadən xəbər verir ki, bir tərəfdə ABŞ/PKK, digər tərəfdə isə İran və Rusiya bölgədə nəzarət sahəsi yaratmağa çalışır.
Bu sahəyə sahib olmaq üçün aparılan mübarizə bəzən münaqişələrə səbəb olub. ABŞ isə bölgəni ələ keçirmək üçün gizli addımlar atır.
ABŞ-ın bölgəni YPG ilə müdafiə edərək baza yaratmaq siyasəti meyvələrini verməyə davam edir. Bölgədə neft obyektlərinin yaxınlığında qərarlaşan ABŞ və PKK ərazidən xam neft qaçırır.
Peykdən çəkilən şəkillərdə neft obyektlərinin yanında onlarla yanacaq tankerinin gözlədiyi aydın görünür.