“ABŞ daxili müharibəyə sürüklənir” – ABŞ ALİMLƏRİ HƏYƏCAN TƏBİLİ ÇALIR

Baxış sayı:
4639

Amerikalı və İngilis mütəxəssislər, ABŞ-da yaxın bir zamanda dövlət daxilində qarşıdurmaların baş verəcəyini bildirib.
 
Harvard Universitetindən İngilis tarixçi professor Nell Ferguson-un “The Sunday Times” qəzetində nəşr olunan bir məqaləsində, növbəti prezident seçkilərinin ABŞ-da cəmiyyəti ikiyə bölə və iç savaşa yol aça biləcəyi qeyd olunub.
 
BOMBALI PAKETLƏR İŞARƏ FİŞƏNGİDİR
 
ABŞ-da son zamanlar daxili ziddiyyətlərin dərinləşdiyi və "mədəni” qarşıdurmaların şiddətləndiyini deyən Ferguson, Barak Obama və Hilary Klinton kimi aparıcı Amerika prezidentinə müxalif olan şəxslərə bombalı paket göndərilməsi hadisələrini, ABŞ vətəndaş müharibəsilə bağlı yeni proqnozlara zəmin hazırladığını bildirib.
 
LİVANDA VƏTƏNDAŞ MÜHARİBƏSİNƏ VURĞU
 
Texas Universitetindən alim Emily Whalen də, “Task&purpose” saytı üçün yazdığı məqalədə, ABŞ-da vətəndaş müharibəsi riski olduğu ilə bağlı təhlillər aparıb. Whalen-in apardığı təhlil, Livandakı vətəndaş müharibəsini nəzərdə tutan jurnalist Conatan Randalın metodologiyasına əsaslanır. ABŞ ilə Livan arasında mühüm fərqlər olduğunu qeyd edən alim, eyni zamanda narahat olmaq üçün kifayət qədər oxşarlıqlar və səbəblərin də mövcud olduğu nəticəsinə gəlir.
 
KARİKATURA HÖKUMƏTİ
 
Whalen, ABŞ prezidentinin “kobud” biri olduğunu, ölkənin öz maraqları istiqamətində hərəkət edən böyük və etibarsız müttəfiqləri olduğunu və əslində təsirsiz "karikatura” bir hökumətlə idarə edildiyini bildirir. Alimə görə, Amerikanın Respublikaçı Partiyası, vətəndaş müharibəsindən əvvəl Livanlı mühafizəkar gücləri, Demokratlar isə dağınıq və təşkilatsız Livanlı mütərəqqi partiyaları xatırladır.
“New York Times” və “Vaşinqton Post”-la əməkdaşlıq edən Amerikalı jurnalist Conatan Rendal - bir il əvvəl, 1974-də Livan vətəndaş müharibəsini öncədən proqnoz etmişdi. Rendal, daxili siyasi qarşıdurma və daxili savaş təhdidi ilə bağlı mövcud vəziyyətin qiymətləndirilməsini təmin edən bir növ "detector” yaratmışdı.
Müxalifət.az