​ABŞ-dan yeni qərar: Feysbuk və FTB birgə çalışacaq

Baxış sayı:
2131

Feysbuk rusların və digər qüvvələrin seçkilərə müdaxiləsinin qarşısını almaq üçün Federal Təhlükəsizlik Bürosu (FTB) ilə birgə çalışacaq.
Muxalifet.az xəbər verir ki, şirkətdən verilən açıqlamada Feysbukun təhlükəsizlik işçilərini 2 dəfə artıraraq 20 min nəfərə çatdıracağı bildirilib.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Trampla Rusiya arasındakı əlaqələri araşdıran xüsusi prokuror Robert Müller Rusiyanın 13 vətəndaşını və 3 qurumunu 2016-cı ildəki seçkilərə müdaxilə etməkdə ittiham etmişdi.