ABŞ-dan yeni İran planı - BÖLGƏ YENİDƏN QARIŞACAQ!

Baxış sayı:
6010

ABŞ-ın İrana qarşı beynəlxalq koalisiya qurmağı planlaşdırdığı açıqlanıb. Regionda İranın nüfuzunu azaltma məqsədli bu koalisiyanın hərbi hədəflərinin olub-olmadığı isə bilinmir.
 
ABŞ BÖLGƏNİ YENƏ QARIŞDIRACAQ
 
ABŞ-ın Xarici İşlər Nazirliyindən verilən məlumata görə, sözügedən strategiya ABŞ-ın İran ilə aparılan nüvə müqaviləsindən çəkilməsindən sonrakı prosesdə həyata keçiriləcək yol xəritəsini ehtiva edir.
Qətərin “Al-Jazeera” televiziyası da, ABŞ Xarici İşlər Nazirliyinə əsaslandırdığı xəbərində, ABŞ hökumətinin İranın "sabitliyi pozucu fəaliyyətlər" adlandırdığı fəaliyyətə qarşı qlobal koalisiya qurmaq istədiyini bildirib. Televiziya, regionda İranın nüfuzunu azaltma məqsədli bu koalisiyanın hərbi qanadının olub olmayacağına dair hər hansı bir məlumatın olmadığını açıqlayıb.
“Al-Jazeera”-nin xəbərində həmçinin, ABŞ-ın xarici işlər naziri Mayk Pompeonun sabah bu məsələ ilə bağlı bəyanat verəcəyini qeyd edib.
 
HOOP: POMPEO BİR ÇƏRÇİVƏ YARATMAQ ÜÇÜN ÇALIŞIR
 
Qeyd edək ki, ABŞ Xarici işlər Nazirliyinin Siyasi Planlaşdırma Departamentinin rəhbəri Brayan Hoop, dünən verdiyi mətbuat açıqlamasında, Pompeonun İrandan gələn təhdidlərə əngəl olacaq bir çərçivə yaratmaq üçün çalışdığını bildirib.

Müxalifət.az