ABŞ-dan Venesuelaya hərbi müdaxilə üçün yeni bəhanə: “Orada Hizbullah var”

Baxış sayı:
17374

ABŞ-ın Venesuelada tətbiq etdiyi çevriliş siyasət dünyada böyük bir təpkiyə səbəb olub. Bu dəfə vəziyyətdən çıxmaq və Venesuelaya hərbi müdaxiləyə haqq qazandırmaq üçün ABŞ-ın xarici işlər naziri Mayk Pompeo ortaya yeni bir bəhanə atıb. Pompeo Venesuelada gizli Hizbullah özəklərinin olduğunu iddia edib.
 
Bununla Guaidonu dövlət başçısı təyin edən Donald Tramp administrasiyası dünyanın təpkilərini örtməyə çalışır.
Mayk Pompeo qatıldığı bir televiziya proqramında, Venesuelada gizli Hizbullah özəklərinin olduğunu və sabiq prezident Buş dövründə vəziyyət haqqında məlumat verdiyini ifadə edərək sanksiyanın o dövrdə tətbiq olunduğunu söyləyib.
Pompeo İran və Venesuelanın yaxınlığına toxunaraq bu özəklərin sabiq İran prezidenti Əhmədinejadın dövründə meydana gəldiyini ifadə edib: "İranlılar Venesuela və Cənubi Amerikalıları təhdid edir. ABŞ buna görə sanksiyalarını artırır”.
 Pompeo Hizbullahın Venesuelanı çirkli pulların yuyulmasında bir vasitə olaraq istifadə etdiyini iddia edib.
Müxalifət.az