​ABŞ-dan Ukrayna bəyanatı: “Krımın ilhaqı ilə bağlı mövqeyimiz...”

Baxış sayı:
7753

ABŞ dövlət katibi Mayk Pompeo Ukrayna Prezidenti Petro Poroşenko ilə telefon söhbətində rəsmi Vaşinqtonun Krım məsələsində mövqeyinin dəyişmədiyini bəyan edib.
Muxalifet.az “İnterfaks”a istinadla xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin bəyanatında deyilir.
Bəyanatda bildirilir ki, dövlət katibi Pompeo Ukraynanın suverenliyi və ərazi bütövlüyünə qətiyyətlə dəstəyini ifadə edib. O vurğulayıb ki, Birləşmiş Ştatlar Rusiyanın Krımın ilhaqı ilə bağlı cəhdlərini tanımayıb və heç vaxt tanımayacaq.
Mayk Pompeo eyni zamanda Ukraynadan Beynəlxalq Valyuta Fondunun tələblərini yerinə yetirməyi tələb edib.