ABŞ-dan Türkiyəyə İŞİD-çı ailələri ilə bağlı təklif

Baxış sayı:
11218

Suriyada terror təşkilatı İŞİD-a qoşulan və hazırda terror təşkilatı YPG-nin təşkil etdiyi SDG-nin nəzarəti altında olan ABŞ və Aİ vətəndaşlarının uşaqları üçün bir çözüm axtaran ABŞ rəhbərliyi, ötən günlərdə hökumətin mühacirətlə bağlı yüksək səviyyəli nümayəndələrindən ibarət nümayəndə heyətini Türkiyəyə göndərib.
 
Xarici işlər Nazirliyi səviyyəsində aparılan danışıqlarda, Suriyada İŞİD təşkilatına qoşulduqdan sonra ana və ya atası ilə birlikdə həbs olunan uşaqlarla yanaşı, bölgədə yaşayan döyüşçü ailələrin uşaqlarının vəziyyəti gündəmə gəlib. İki ölkə arasında, uşaqların baş verən hadisələrdən əziyyət çəkməməsi məqsədilə alınması lazım olan qərarlar qiymətləndirilərkən, Türk Qızıl Ayparanın da bu məsələdə edə biləcəyi yardımların həcmi dəyərləndirilib.
 
Ortaq məsuliyyətdir
 
 Hər iki ölkə rəsmiləri istər rejim tərəfdarı döyüşçü ailələrin, istərsə də rejimə müxalifi olan döyüşçü ailələrin uşaqlarının ayrı-seçkilik olmadan qorunma altına alınması lazım olduğu barədə fikir birliyini bir daha təsdiq edib. ABŞ rəsmiləri bu görüşdə, Türkiyəyə "Bu uşaqların qorunmasını və məsuliyyətini siz götürün" deyə təklif edib.
Türk tərəfi isə Qırmızı Aypara Cəmiyyətinin regionda gördüyü işləri müzakirə edərkən, "Türkiyə bu mənada bölgədə kifayət qədər qoruma təmin edir. Azad etdiyi qədər uşağı bölgədən xilas edir; ancaq İŞİD döyüşçülərinin bir çoxu ABŞ, İngiltərə və ya Avropa vətəndaşıdır. Hər bir ölkənin öz vətəndaşını qorumaq məsuliyyəti var. Bu məsələdə ortaq məsuliyyət götürülməlidir" cavabını verib.
Suriyada bu şəkildə təxminən 3 min ailənin olduğu təxmin edilərkən, döyüşçü qrupların ələ keçirdikləri ərazilərdə qadın və uşaqları əsir aldıqları və bu uşaqları ailələri ilə birlikdə cəzalandırdığı məlum olur.
Qeyd edək ki, bir tərəfdə ABŞ Türkiyəyə təkliflər verərkən, digər tərəfdə prezident Donald Tramp terror təşkilatı İŞİD-a qoşulmaq üçün Suriyaya gedən, ancaq peşman olaraq geri dönmək istəyən Hoda Muthananın (24) ABŞ-a buraxılmasını qadağan edib.
Müxalifət.az