ABŞ-dan Türkiyəyə 30 maddəlik sanksiya siyahısı - ARAŞDIRMA

Baxış sayı:
13858

Mehmet Acet - Yenişafak .
 
Türkiyədə Prezident Aparatının ictimai əlaqələr üzrə sədri Fahrattin Altun Əl-Cəzirə üçün qələmə aldığı məqaləsində, Ərdoğan hakimiyyətinin Türkiyənin yeni dövrü üçün üç əsas mövzuya diqqət yetirəcəyini dilə gətirir:
 
1-İqtisadiyyat
2-Suriyadakı böhran
3-Türkiyənin hava müdafiə qabiliyyəti
 
Baxanda, bu üç sahənin üçünün də buraya toxunduğunu görürük:
 
Türkiyə-ABŞ əlaqələri
 
Vaşinqton Türk-Amerikan münasibətlərindəki iqlimin iqtisadi-maliyyə bazarlarına olan birbaşa təsirini kəşf etdikdən sonra kartları açıqdan oynamağa başladı.
Xatırlayaq, Tramp “Fəratın şərqinə müdaxilə edərsə, Türkiyənin iqtisadiyyatını məhv edərik” deyə bir tweet atmışdı.
Davamında bu təhdid dilinin çərçivəsi S-400 məsələsinə transfer etdi.
Vitse prezident, xarici işlər naziri, senatorlar, Ankara üçün təyinat gözləyən səfir namizədləri sıraya girərək, "Rusiyadan hava müdafiə sistemini alsanız, belə-belə olacaq" - deməyə başladılar.
 
ABŞ MÜDAFİƏ NAZİRLİYİNDƏN GƏLƏN SANKSİYA SİYAHISI
 
Yaxın hərbi dairələrdən aldığım məlumata görə, ABŞ Müdafiə Nazirliyi, Türk müdafiə orqanlarına 30-dan artıq qələmdən ibarət bir siyahı veriblər.
Bu siyahı Türkiyənin S-400 almasından imtina etmədiyi təqdirdə həyata keçəcəyi söylənən sanksiya başlıqlarından ibarətdir.
İçərisində F-16 döyüş təyyarələrinin ehtiyat hisslərinin təslimini dayandırmağa qədər gedən bir sıra maddə var.
Belə anlaşılır ki, S-400 məsələsində ən qatı mövqeyi Suriya məsələsində olduğu kimi, illik 500 milyard dollarlıq büdcəsiylə ABŞ strukturları içərisində dövlət içində dövlət kimi səciyyələndirilən Pentaqon nümayiş etdirir.
Müdafiə Nazirliyi rəsmiləri Türk həmkarları ilə danışdıqda, "S-400 işindən imtina etmədiyiniz müddətcə heç bir şəkildə müzakirə qapısını açmayacaqlar" deyərək qapıları bağlayırlar.
Türkiyə isə yenə də gördüyümüz kimi, sözünü etdiyimiz "müzakirə qapısını” ABŞ Xarici İşlər Nazirliyi üzərindən açmağa çalışır.
Nazir Mövlud Çavuşoğlunun 31 mart seçkilərindən dərhal sonra Vaşinqtona etdiyi səfəri bu çərçivədə qiymətləndirmək mümkündür.
O görüşlərdən sonra həmkarı Pompeo və Ağ Ev Milli Təhlükəsizlik məsləhətçisi Con Boltonun verdikləri "Danışıqlar konstruktiv keçdi" açıqlamalarını bunun bir əlaməti kimi görünür.
 
"DANIŞIQLAR MÜSBƏTDİR, AMMA HƏLƏ KONKRET İRƏLİLƏYİŞ YOXDUR"
 
Mövlud Çavuşoğlunun ABŞ səfərindən bu əks olunmaları aldıqdan dərhal sonra mövqeyi etibarı ilə bütün bu yolun təfərrüatlarına hakim olduğunu bildiyim bir rəhbərliyə, "ABŞ ilə danışıqlarda bir irəliləyiş qeyd edildi mi? S-400 və Fəratın şərqi üçün düşünülən “Təhlükəsiz Bölgə” üçün bir çıxış formulu tapıldımı" deyə soruşdum.
Gələn cavab belə oldu:
"Ümumiyyətlə müsbətdir, amma konkret bir irəliləyiş hələ ki, yoxdur. Müzakirələr davam edəcək".
Ankara ABŞ ilə müzakirələri davam etdirmək istəyir, amma bu S-400 almasından imtina ediləcəyi anlamına gəlmir.
8 apreldə Moskvaya gedən prezident Tayyib Ərdoğanın qərarlı mövqeyində hər hansı dəyişiklik olmadığını hər kəs gördü.
Nəticədə Türkiyənin gələcək təhlükəsizliyini yaxından maraqlandıran, düşmənləri ilə olan güc nisbətini dəqiq bir şəkildə öz xeyrinə çevirən, xarici siyasəti çatdığı regional güc mövqeyini hərbi mənada möhkəmləndirəcək strateji dəyəri yüksək bir mövzudan bəhs edirik.
S-400-lərin “Patriot”-lara qarşı açıq bir üstünlüyünün olduğunu da dünya aləm bilir.
600 kilometrə qədər görüntüləmə tutumu olan, 250 kilometrə qədər zərbə gücünə malik, eyni anda birdən çox hədəfə yönələn bir sistemdən söhbət edirik.
Daha bunu bilmədən "Bu an üçün dünyanın ən yaxşısı budur" deməyimiz yetərli olacaqdır.
Çinin, Hindistanın bu raketlərə malik olması boşuna deyil.
“Patriot”ların isə həm qiymət baxımından, həm mənzil tutumu baxımından, həm də digər qabiliyyətləri ilə S-400-ün çox geridə qaldığı bilinir.
Bundan başqa, Rusiyadan fərqli olaraq ABŞ tərəfinin texnologiya transferinə yanaşmaması, Türkiyənin yeni dövr üçün müəyyənləşdirdiyi strategiya ilə də üst-üstə düşmür.
 
TRAMP ÜZƏRİNDƏN İRƏLİLƏMƏ SİYASƏTİ
 
Bəs bu böhran necə idarə ediləcək?
Aldığımız nəbz budur:
Türkiyəyə qarşı ABŞ-dakı təşkilati quruluşa görə, daha çevik bir yerdə dayanan Tramp üzərindən irəliləməkdir.
Tramp qərargah komandasının əksinə, S-400 məsələsində açıqdan hər hansı bir təhdid cümləsi işlətməyib.
Bəlkə də Suriya məsələsində olduğu kimi, "Bizə nə bundan" kimi şeylər belə deyir, ya da elə düşünür.
Bu mənada Türkiyənin "S-400-dən imtina etməyək, amma “Patriot” da götürək" görüşü, günün sonunda ABŞ-a da bir şeylər qazandıracağı üçün Tramp üçün cazibədar gələ bilər.
Ona görə bu böyük böhranı aşmaq üçün ən ideal yolun şəxsən ABŞ prezidenti üzərindən yerimək olduğunu söyləmək səhv olmazdı.

Hazırladı: Müxalifət.az