ABŞ-dan Türkiyə-Rusiya-İran AÇIQLAMASI

Baxış sayı:
966

ABŞ Xarici İşlər Nazirliyindən edilən açıqlamada Suriyadakı həll çalışmaları üçün davam etdirilən Soçi prosesi hədəf alındı. Açıqlamada, Soçi prosesi ilə bağlı “bu düzgün deyil, bunu legitim saymayacağıq” deyildi.
 
ABŞ dövlət katibinin Yaxın Şərq Əlaqələri üzrə müavini David Satterfield, Rusiya-Türkiyə- İranın birgə apardığı Soçi prosesini hədəf alaraq, bunun qanuni olmadığını və qanuniləşdirilməsinə də icazə verməyəcəklərini açıqlayıb.
ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin suallarını cavablandıran Satterfield, Soçi prosesinə necə cavab verəcəkləri ilə bağlı dəyərləndirmələr edib.
Satterfield, Vaşinqtonun Suriya məsələsində Soçidə keçiriləcək Suriya Milli Dialoq Konqresinə qarşılıq olaraq Birləşmiş Millətlər Təşkilatı (BMT) üzərindən hərəkət etmək niyyətində olduğunu bildirib.
Satterfield, "Biz, ABŞ-ın və beynəlxalq ictimaiyyətin bütün gördükləri barədə BMT üzərindən, BMT Təhlükəsizlik Şurasının (BMT TŞ) 2254 nömrəli qərarın legitimliyi üzərindən hərəkət etmək niyyətindəyik. Bunlar Soçiyə, Rusiyanın həll prosesinə nəzarət etməsinə yönəlik təşəbbüslərinə bir qarşılıq olacaq" deyib.
Satterfield, ABŞ-ın Suriyadakı İran qüvvələrini necə ölkədən çıxaracağına dair suala isə, "Bir sıra tədbirlərlə həyata keçiriləcək. İlk və prioritet olan addım isə, ABŞ və tərəfdaşlarımız tərəfindən fiziki vasitələrdən məhrum etməyə və İranın fəaliyyətlərini maliyyələşdirməyə qarşı tətbiq ediləcək sərt sanksiya və tədbirlər olacaq" deyib.
Müxalifət.az