ABŞ-dan “Türkiyə” mesajı: NATO üçün fəlakət olar!

Baxış sayı:
8155

ABŞ Müdafiə Nazirliyinin beynəlxalq təhlükəsizlikdən məsul nazir müavinin vəkili Kathryn Wheelbarger Türkiyənin Rusiyayla S-400 havadan müdafiə sistemi razılaşmasını yerinə yetirməsinin NATO müdafiəsi üçün fəlakət olacağını ifadə edib.
 
Vaşinqtondakı Atlantik Şurasında çıxış edən Wheelbarger "Bu razılaşmanın tamamlanması yalnız F-35 proqramı üçün fəlakət olmayacaq, eyni zamanda, Türkiyənin NATO müttəfiqləriylə əməkdaşlıq edə bilməyəcək vəziyyətə gətirə bilər ki, bu ittifaqın müdafiəsini təmin etmək üçün açar əhəmiyyətə sahibdir" deyib.
Qeyd edək ki, dünən də ABŞ Xarici İşlər Nazirliyinin sözçüsü Morgan Ortagus Türkiyənin Rusiyadan S-400 havadan müdafiə sistemi alışını tamamladığı təqdirdə, ABŞ-ın CAATSA qanununun nəzərdə tutduğu sanksiyalara məruz qala biləcəyini ifadə etmişdi.
Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar isə S-400-lərlə əlaqədar, razılaşmanın imzalandığını və alışların bitdiyini, ölkəyə gəlişinin iyun ayında deyil, bir az ləngiyə biləcəyini demişdi.
Müxalifət.az