ABŞ-dan “Türkiyə” açıqlaması

Baxış sayı:
11059

ABŞ müdafiə nazirinin vəkili Patrik Şanahan Türkiyənin milli müdafiə naziri Hulusi Akar ilə görüşməsinə dair açıqlama verib. ABŞ-ın Müdafiə Nazirliyində (Pentaqon) Şanahan jurnalistlərin suallarını cavablandırıb.
 
Akar ilə keçirdiyi görüşdə, Türkiyə ilə ABŞ arasındakı məsələlərə dair bir irəliləmə qeyd edib etmədiyinə yönəlik suala Şanahan bu cavabı verib:
“Nazir Akar, yəni onlar (Türklər) strateji tərəfdaşdır və hər zaman həll etməyimiz lazım olan çətinliklər olacaqdır. Onun üçün hazır burada ikən oturub danışdıq. Onunla görüşmək xoşuma gəlir. Bu da o görüşlərdən biridir. Harada tıxandıq, vəziyyətdən necə çıxarıq kimi bir şey idi və mən bunu ifadə etdim. Biz mövqelərdən çox mənfəətlərə diqqət yetirdik".
Şanahan həmçinin, "(Türkiyəyə) Müştərək hücum təyyarəsini (F-35) təslim edərkən onu ziyarət etmək istədiyimi dedim" deyə söyləyib.
Qeyd edək ki, nazir Akar Amerika Türk Şurasının (ATC) 37-cu İllik Konfransı çərçivəsində Vaşinqtona həyata keçirdiyi ziyarətdə, çərşənbə axşamı günü Şanahan ilə görüşmüşdü.
 
TÜRKİYƏ İLƏ TƏHLÜKƏSİZ ZONA GÖRÜŞLƏRİ
 
 Digər tərəfdən, gün ərzində Pentaqonda keçirilən mətbuat konfransında Suriyanın şimalında yaradılması planlaşdırılan təhlükəsiz regionun Türkiyə tərəfindən idarə edilməsi mövzusundakı bir suala Pentaqon sözçüsü Çarlz E. Summers toplantıdan sonra yazılı cavab verib.
Summers, "Suriya-Türkiyə sərhədindəki təhlükəsizlik qayğılarına yönəlik Türkiyə ilə intensiv danışıqlara davam edirik. Bu günə qədərki görüşlərimiz səmərəli keçdi. Qüvvələrimizi çəkərkən koalisiyayla birlikdə Suriyada İŞİD-ın birdəfəlik məğlub olmasını təmin edəcəyimizə və bölgə stabilliyini pozacaq bir qüvvə boşluğunu əngəlləmək, Türkiyənin qanuni təhlükəsizlik qayğılarını müzakirə etmək və İŞİD ilə mübarizədə tərəfdaşlarımızı qorumaq, o cümlədən prezidentin (Donald Tramp) Suriyadakı digər məqsədlərinə də nail olacağımıza inanırıq" deyə qeyd edib.
Müxalifət.az