​ABŞ-dan türk əsgərlərinə qarşı XAİN ADDIM

Baxış sayı:
993

ABŞ PYD ilə gizli razılığa gələrək, Afrindəki YPG güclərinə (PYD-nin silahlı qanadı) səyyar minaatanlar verib.
Muxalifət.az publika.az-a istinadən xəbər verir ki, qısa mənzili səyyar minaatanlar ötən həftə gizli şəkildə Afrinə daşınaraq, YPG-yə təhvil verilib.
Terrorçular bu silahlardan Türkiyə ordusuna qarşı istifadə edəcəklər.
Qeyd edək ki, Türkiyə bir həftə ərzində Afrin əməliyyatını başlamağı planlaşdırır. Hazırda ordu birlikləri sərhəddə hücum əmri gözləyir.