ABŞ-dan sürpriz MENBİÇ HƏMLƏSİ

Baxış sayı:
3346

İŞİD-la mübarizə koalisiyası çərçivəsində ABŞ, Suriyanın şimalındakı Menbiçdə xüsusi əməliyyatlar birliyinin sayını artırıb. ABŞ ordusunun sözçüsü və koalisiyanın ictimaiyyətlə əlaqələr direktoru polkovnik Veale, bölgəyə yeni gətirilən əsgərlərin sayı ilə bağlı məlumat verməyib.
 
ABŞ ordusunun sözçüsü və koalisiyanın ictimaiyyətlə əlaqələr direktoru polkovnik Tomas F. Veale verdiyi açıqlamada yeni qüvvələrin cəlb olumasını bölgədəki koalisiya əsgərlərinin təhlükəsizliyinin təmin olunması üçün bir qoruma tədbirli olduğunu iddia edib.
“Amerikanın Səsi”nin xəbərinə görə, Veale, koalisiya qüvvələrinin Menbiç Hərbi Şurası ilə rəsmi münasibətləri üzərindən əməliyyatlar üçün birgə əməkdaşlıq mexanizmi yaratdığını deyib.
Tomas F. Veale ilə regiondakı xüsusi əməliyyat birliyindən neçə əsgərin bölgəyə yerləşdirildiyini isə deməyib.
Suriyanın şimalında reportaj aparan “Amerikanın Səsi”nin müxbiri isə ABŞ qüvvələrinin Menbiçin şimal-qərbindəki Sayır çayı vadisi boyunca yerləşdiyini bildirib.
Müxalifət.az