ABŞ-dan Səudiyyəyə “Qaşıqçı cinayəti” xəbərdarlığı

Baxış sayı:
2527

Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman ilə görüşən ABŞ xarici işlər naziri Mayk Pompeo, "Camal Qaşıqçı-nın öldürülməsi hadisəsinə qarışan hər kəsin ABŞ tərəfindən məsul tutulacağını" qeyd edib.
 
ABŞ Xarici İşlər Nazirliyinin sözçüsü Hazer Nayert, nazir Mayk Pompeo ilə Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman arasındakı telefon danışığına dair yazılı açıqlama verib.
Nayert, açıqlamasında "Nazir Pompeo, ABŞ-ın, Camal Qaşıqçı-nın öldürülməsinə qatılanların hamısını məsul tutacağını və Səudiyyə Ərəbistanının da eyni şeyi etməsi lazım olduğunu vurğulayıb" deyə qeyd edib.
Nayertin açıqlamasına görə, telefon danışığında Yəmən məsələsi də müzakirə olunub və Pompeo "bir an əvvəl bu ölkədə qarşıdurmaların dayandırılması" məsələsində ABŞ-ın çağırışını təkrarlayıb.
Pompeonun bundan başqa, BMT xüsusi nümayəndəsinin çətiri altında Yəməndə dinc siyasi həlli üçün tərəflərin masaya oturması lazım olduğuna da qeyd etdiyi bildirilib.
Müxalifət.az