ABŞ-dan Səudiyyəyə göstəriş: “QƏTƏRİ BURAX, İRANA KÖKLƏN”

Baxış sayı:
6208

Yaxın Şərqdə İranla mübarizəyə üstünlük verən ABŞ prezidenti Tramp, Ər-Riyada göndərdiyi yeni xarici işlər naziri Pompeo vasitəsilə Səudiyyə Ərəbistanından Qətərə qarşı blokadanı dayandırmasını istəyib.
 
Tehran rəhbərliyinin Yaxın Şərqdəki təsir agentlər vasitəsi ilə qurduğu hakimiyyəti sona çatdırmağı hədəfləyən Tramp rəhbərliyi, Körfəz ölkələri arasındakı parçalanmanı dayandırmaq üçün fəaliyyətə başlayıb. Müharibə komandası quran ABŞ prezidenti, Senatdan keçən həftə razılıq alaraq xarici işlər naziri vəzifəsinə başlayan Mayk Pompeonu Səudiyyə Ərəbistanına göndərib. Paytaxt ər-Riyadda Səudiyyəli həmkarı Adil Əl Səid İbni Cübeyr ilə görüşdən sonra keçirilən mətbuat konfransında Pompeo, Birləşmiş Ərəb Əmirlikləri və Misir ilə birlikdə blokada tətbiq etdiyi Qətərin adını çəkmədən "Körfəzdə birliyin zəruri olduğunu vurğulayıb. Regionda siyasi birliyə ehtiyac olduğunu vurğulayan Pompeo, "İran, Şiə milisləri və terrorçu qrupları dəstəkləyərək, bütün regiondakı stabilliyi pozur. Yəməndəki Husilərə silah satır və kiber hücumlar təşkil edir. Bundan başqa, qatil Əsəd rejimini dəstəkləyir" deməklə, regiondakı müttəfiqlərinin diqqətini yönəltməsi lazım olan İrana işarə edib.
 
SANKSİYA ÇAĞIRIŞI
 
Pompeo, Tramp hökumətinin İranla bağlanan nüvə müqaviləsinin maddələrinə yenidən baxılması fikrini dəstəklədiyini deyərkən, Əl Səid İbni Cübeyr isə Tehran hakimiyyətinə qarşı yeni sanksiyalara çağırıb. “Associated Press”-ə açıqlama verən ABŞ rəsmiləri də Pompeonun Trampın Körfəz mövzusundakı qətiyyətini Səudiyyəlilərə çatdırdığını ifadə edib. Amerikalı rəsmilərin nazir Pompeonun Səudiyyəlilərə "Qətərə qarşı blokada İranın Yəmən və Suriyadakı təsirini artırmasına şərait yaradır. Bunu dərhal dayandırmalısınız" dediyini bildirib.
 
TƏHLÜKƏSİZLİK ZƏMANƏTİ
 
Digər tərəfdən, nazir Pompeo, Səudiyyə Ərəbistanı kralı Salman bin Əbdüləziz və Vəliəhd Şahzadə Məhəmməd bin Salman ilə də bir araya gəlib. Danışıqları zamanı iki ölkə arasındakı münasibətləri "ABŞ-ın prioriteti Səudiyyə Ərəbistanının təhlükəsizliyidir" kimi səciyyələndirən Pompeo, bundan başqa, Vaşinqtonun Vəliəhd Bin Salmanın “2030 Görüntüsü” adlı layihəsinin tərəfdaşı olduğunu qeyd edib. Pompeo, Səudiyyə Ərəbistanından sonra Yaxın Şərq danışıqlarını İsrail və İordaniya ilə davam etdirəcək.
Müxalifət.az