ABŞ-dan Səudiyyə Ərəbistanına xəbərdarlıq

Baxış sayı:
3715

 ABŞ Xarici İşlər Nazirliyinin sözçüsü Hazer Nayert, itkin düşən “Vaşinqton Post” yazarı Səudiyyəli jurnalist Camal Qaşıqçı-nın vəziyyətinə dair Səudiyyə Ərəbistanı rəhbərliyindən ətraflı və şəffaf istintaq istədiklərini ifadə edib.
 
Nayertə yönəldilən Səudiyyəli jurnalist Qaşıqçı-nın aqibətinə yönəlik suallara ətraflı cavab verməyən sözçü Nayert, "Nə olduğunu bilmirik və (Qaşıqçı-ya) nə ola biləcəyi barədə hər hansı bir qənaətə gəlmək istəmirik". deyib.
 
ƏTRAFLI VƏ ŞƏFFAF İSTİNTAQ İSTƏDİK
 
Nayert, xarici işlər naziri Mayk Pompeonun məsələyə dair Səudiyyə Ərəbistanı rəhbərliyinə zəng etdiyini xatırladaraq, "Görüş xüsusi və diplomatik olduğu üçün hər hansı bir detal vermirəm, amma Səudiyyə Ərəbistanından vəziyyətə dair ətraflı və şəffaf istintaq tələb olundu" deyə söyləyib.
Müxalifət.az