ABŞ-dan Əsədə mesaj: Danışıqlarda iştirak edə bilərsən

Baxış sayı:
10804

Suriya Prezidenti Bəşər Əsədin gələcək danışıqlarda rolu ola bilər. Muxalifet.az xəbər verir ki, bunu ABŞ Dövlət katibi Mayk Pompeo Yaxın Şərq turu çərçivəsində Qahirə səfərində ABŞ-ın "Foks Nyus" telekanalına müsahibəsində bildirib. Siyasi dialoq başlayarkən bütün variantların masada olduğundan əmin olmaq istədiklərini deyən Pompeo bunları qeyd edib: "Ümid edirik ki, Tehran, Moskva, Dəməşq və digər ortaqları Suriyada vətəndaş müharibəsindən sonra siyasi quruluşun necə olacağı məsələsini müzakirə etmək üçün masaya oturmağa razı salacağıq. Sonda Suriyanı kimin idarə edəcəyinə suriyalılar qərar verəcək".