ABŞ-dan Rusiyaya yeni sanksiya

Baxış sayı:
4666

ABŞ, Böyük Britaniyada zəhərlənən keçmiş rus casusu Sergey Skripal və qızı Yulia Skripal hadisəsi ilə əlaqəli olaraq Rusiyaya yeni sanksiya paketi hazırladığını açıqlayıb.
 
ABŞ-ın Xarici İşlər Naziriliyi Rusiyaya "Skripal hadisəsi" ilə bağlı yeni sanksiya tətbiq edəcəyini açıqlayıb. ABŞ-ın Xarici İşlər Nazirliyindən edilən açıqlamada, Skripal hadisəsi ilə əlaqəli olaraq Rusiyaya qarşı sanksiyalara yenilərinin əlavə olunacağı bildirilib.
Açıqlamada, "Yeni sanksiya qərarları almaq istəmirik, ancaq qanundan irəli gələn bəzi vacibləri yerinə yetirməyi düşünürük" deyə qeyd olunub. Yeni sanksiyaların Rus iş adamlarına və şirkətlərə tətbiq olunacağı bildirilərkən sonrakı günlərdə sanksiya paketinin tərkibinin açıqlanacağı bildirilib.
Qeyd edək ki, keçmiş Rus casusu Sergey Skripal və qızı Yulia Skripal, İngiltərənin Salisbury şəhərində zəhərlənmiş, sui-qəsd cəhdinin Ruslar tərəfindən edildiyi şübhəsi ilə Rusiyaya qarşı diplomatik addımlar atılmışdı.
Müxalifət.az