​ABŞ-dan Rusiyaya xəbərdarlıq: İŞİD Fəratı keçə bilər...

Baxış sayı:
6316

ABŞ Suriyanın Əbu Kamal şəhərində İŞİD terrorçuların aktivliyinin artdığını müşahidə edir.
Muxalifet.az xəbər verir ki, bu sözləri ABŞ koalisiyasının sözçüsü Ryan Dillon jurnalistlərə açıqlamasında deyib.
“ABŞ kəşfiyyatının məlumatına görə, İŞİD Əbu Kamalda Fərat çayının qərbində Suriya rejim qüvvələrinə qarşı böyük hücumlara hazırlaşır. Əgər biz görsək ki, İŞİD yenidən Fəratın qərbində peyda olub, o zaman bu barədə Rusiyaya məlumat verəcək və güman edirik ki, bununla bağlı tədbirlər görüləcək”, - deyə Dillon bildirib.