ABŞ-dan qalmaqal açıqlama! TERRORÇUNU GENERAL ADLANDIRDI

Baxış sayı:
4960

ABŞ Müdafiə Nazirliyinin sözçüsü Albey Robert Manning, bugünkü mətbuat konfransında Türkiyəni yaxından maraqlandıran sualları cavablandırıb.
 
Pentaqon sözçüsü Manning, ilk dəfə həm SDG-nin, həm də YPG-nin komandiri “general” Məzlumun adını səsləndirib. Pentaqon sözçüsü, "İŞİD-dən azad edilmiş bölgələrdə “general” Məzlumu və Suriyalı yerli təhlükəsizlik qüvvələrini dəstəkləməyə davam edəcəyik" deyə, qalmaqal açıqlama verib.
 
İŞİD ƏMƏLİYYATLARI LƏNGİYİR
 
Pentaqon sözçüsü polkovnik Rob Manning, YPG/PKK döyüşçülərinin Suriyanın şərqindən ayrılıb, Afrinə getməsindən dolayı SDG adını istifadə edən təşkilatın İŞİD əleyhində antiterror əməliyyatlarının "dayandığını" söyləyib.
Həftəlik mətbuat konfransında jurnalistlərin suallarını cavablandıran polkovnik Manning, YPG/PKK-nin örtük təşkilatı olan SDG-nin Suriyanın şərqində İŞİD-ə qarşı antiterror əməliyyatlarında bir durğunluq yaşandığını bildirib.
Manning, "Operativ durğunluğun müxtəlif səbəbləri olur. Bizim Suriyadakı missiyamızda isə bir dəyişiklik yoxdur. Hələ də İŞİD-ə qarşı mübarizəyə köklənmişik" deyib.
 
QALMAQAL BƏYANATINI TƏKRARLAYIB
 
Türkiyənin Afrindəki YPG/PKK ünsürlərinə qarşı “Zeytun Budağı” Hərəkatının "diqqətləri dağıtdığı" şəklindəki qiymətləndirməsini təkrarlayan Manning, "Əməliyyatların dayanması bizim oradakı əsas vəzifəmiz məsələsində uzaq perspektivdəki hədəfimizi dəyişdirməyəcəkdir" deyib.
Manning, digər tərəfdən təşkilatın hələ də İŞİD-dən alınmış torpaqları nəzarətində saxladığını söyləyib.
YPG/PKK terror təşkilatı ABŞ-ın tövsiyəsi ilə Amerikanın təşkilata olan dəstəyinə qarşı Türkiyənin etirazlarının qarşısını almaq üçün SDG adı altında gizlənərkən, təşkilatın Afrinə kömək göndərməyə davam etməsi ABŞ-ın SDG üzərində oynadığı söz oyununu ortaya çıxarıb.
 
TERRORÇUNU GENERAL KİMİ XARAKTERİZƏ ETDİ
 
Manning, "General Məzlum" olaraq adlandırdığı PKK-lı terrorçu Cəmil Məzlum ilə Suriyada ABŞ-ın dəstəklədiyi YPG/PKK-nın örtük təşkilatı SDG və törəmələri olan hərbi şuraları dəstəkləməyə davam edəcəklərini qeyd edib.
Müxalifət.az