ABŞ-dan PKK/PYD-yə TƏLİM AÇIQLAMASI

Baxış sayı:
1024

General-polkovnik Makkenze, ABŞ Müdafiə Nazirliyinin Mətbuat (Pentaqon) sözçüsü Dana Uayt ilə birgə mətbuat konfransı keçirib. Anadolu Agentliyinin müxbirinin ABŞ rəhbərliyindəki koalisiyanın SDG adını istifadə edən PYD/PKK güclərinə sərhəd mühafizə təlimi verməsinə dair sualına, Makkenze "Bu, hazırda girməyəcəyim operativ bir detaldır. Biz regionda müttəfiqlərimizə çox müxtəlif təliml imkanı təqdim edirik. Ancaq bu detallara girməyəcəyəm. Hazırda bu barədə danışmaq çox tezdir" deyə, cavab verib. Qeyd edək ki, Suriyadakı yerli qaynaqlar ABŞ-ın Suriyanın şimalında 400 PYD/PKK terrorçularına sərhəd mühafizə təlimi verdiyini, "sərhəd mühafizəçiləri" adı altında nizami ordu yaradılması yönündə hazırlıqlara başladığını, terror təşkilatı PYD/PKK üçün yaradılan ordunun adının isə "Şimal Ordusu" olduğunu qeyd edir. RUS GÜCLƏRİNƏ QARŞI İHA TƏCAVÜZÜ Rusiyaya bağlı qüvvələrin yerləşdiyi Hmeymim hava bazasına insansız hava vasitələrinin hücum cəhdlərinə yönəlik sualları da dəyərləndirən Makkenze "Sizə qəti surətdə deyə bilərəm ki, ABŞ Rusiya bazasına yönəlik hər hansı bir dron hücumunda iştirak etməmişdir" deyib. Müxalifət.az