ABŞ-dan Pakistana şok ittiham

Pakistanın İdarələrarası Kəşfiyyat İdarəsi (İSİ) terrorçu təşkilatlarla əlaqələrə malikdir.
Bunu jurnalistlərə açıqlamasında ABŞ-ın Baş Qərargah rəisi Cozef Danford söyləyib. Onun sözlərinə görə, Pakistan təcili şəkildə bu əlaqələrini dayandırmalıdır. 
Qeyd edək ki, son günlər ABŞ-ın Pakistana qarşı təzyiqləri artıb. Vaşinqton Pakistanı Taliban və “Hakkani şəbəkəsi” terror təşkilatları ilə əlaqədə ittiham edir. İslamabadın həmçinin Çinlə də yaxınlaşması Vaşinqtonu əsas narahat edən məqamlardan biridir.