ABŞ-dan oxşar TAKTİKA: HƏDƏFDƏ TÜRKİYƏ VAR!

 Son günlər Türkiyənin bir nömrəli gündəmi olan Şimali İraq referendumu ilə Qətər böhranı arasındakı oxşarlıq diqqətdən yayınmadı.
 
Müxalifət.az Haber7.com-da dərc olunan Taha Dağlının yazısını təqdim edir:
 
 İyun ayında Qətər böhranı vardı, indi isə Bərzani bir böhran çıxardı. Bu iki böhranda ortaya çox parlaq bir mənzərə çıxır. İkisinin də arxasındakı güclər və hədəfdə olan ölkələr eynidir.
 
 QƏTƏR BÖHRANINDA HƏDƏF TÜRKİYƏ VƏ İRAN
 
 Qətər Türkiyənin müttəfiqidir. İranla aralarında ədavət olan Səudiyyə Ərəbistanı və BƏƏ kimi körfəz ölkələri İranla əlaqə qurduğu iddiasıyla Qətəri cəzalandırmağa qalxdı.
 Bu böhranda Qətərə embarqo qərarı alınsa da, birbaşa hədəf İran kimi görünürdü.
 Ancaq həm Qətərlə, həm də Səudiyyə Ərəbistanla ciddi əməkdaşlıq əlaqələri olan Türkiyə əsas hədəf olan ölkəydi.
 
 BƏRZANİ BÖHRANINDA HƏDƏF TÜRKİYƏ VƏ İRAN
 
 İyundakı Qətər böhranı başlayanda Bərzani Sentyabr ayı üçün “Kürdüstanda” referendum tarixi verdi.
 25 Sentyabrda də pirat referendumu keçirdilər.
 Bərzaninin bu cəhdinin əsas hədəfləri Türkiyə və İran oldu.
 
 QƏTƏR BÖHRANININ ARXASINDAN ABŞ ÇIXMIŞDI
 
 Qətər böhranı öncəsi ABŞ Prezidenti Donald Trampın Səudiyyə Ərəbistanı səfəri olmuşdu. Dərhal sonra Səudiyyə Ərəbistanı ilə Birləşmiş Ərəb Əmirlikləri Qətəri hədəf aldı. ABŞ mənşəli bir taxt davası nəticəsində Səudiyyə Ərəbistanı Qətəri hədəf almağa məcbur edilmişdi.
 
 BƏRZANİ BÖHRANINDA DƏ ABŞ VAR
 
 Bərzaninin qeyri-qanuni referendumunu açıqca yeganə dəstəkləyən İsraildir. ABŞ isə əvvəlcə razılıq verib, sonra "təxirə salma" çağırışı etdi. Referendum olduqdan sonra da səssiz qalmağı üstün etdi. Bir müddət sonra da ABŞ xarici işlər naziri Reks Tillerson referendumu tanımadığını açıqladı.
 
 QƏTƏR və BƏRZANİ BÖHRANINDA DA EYNİ DİL ÜSLUBU
 
 Qətər böhranı başlayanda ABŞ, Qətər ilə Körfəz ölkələri arasında vasitəçi ola biləcəyini söyləmişdi. Bu proses də hər iki tərəfə baha başa gəldi. ABŞ münaqişə tərəfləri olan bütün ölkələrə milyardlarla dollar silah satdı.
 ABŞ referendum böhranında də eyni dili istifadə edir və "Ərbil ilə Bağdad arasında vasitəçi olmağa hazırıq" deyir.
 
 ABŞ EYNİ TAKTİKA Həyata Keçirir
 
 Qətər böhranı başlayanda hər kəs arxasında ABŞ-ın olduğunu bilirdi. Amma ABŞ, ortaya çıxan böhrana sahib çıxmamışdı. Qətərə qarşı cəbhə almaq əvəzinə, iki tərəfə də silah satıb, gözləməyi üstün tutdu. Qətərin müqavimət göstərməsinin ardından "kim güclüdürsə, onun tərəfindəyəm" mesajı vermişdi. Bu gün referendum böhranında də ABŞ-ın rolu tanınır, Vaşinqton oxşar taktika həyata keçirir, gözləməyə üstünlük verməklə prosesdən güclü çıxan tərəfin yanında duracağı hiss olunur.
 
 QƏTƏR BÖHRANINDA TÜRKİYƏ İLƏ İRAN YAXINLAŞDI
 
 Qətər böhranı Türkiyə ilə İranı yaxınlaşdırmışdı. Çünki böhranın hədəfi məhz bu iki ölkə idi.
 
 BƏRZANİ BÖHRANINDA DƏ TÜRKİYƏ İLƏ İRAN BİRGƏ HƏRƏKƏT Edir
 
 Şimali İraqdakı qeyri-qanuni referendum sonrası da Türkiyə ilə İran birgə hərəkət edir. Baş nazir Binalı Yıldırım bu prosesdə İran və İraq hökumətilə əməkdaşlıqda olacaqlarını açıqlayıb.
 
 TÜRKİYƏ HƏR İKİ BÖHRANDA DƏ TƏMKİNLİ
 
Türkiyə Körfəz böhranında mülayim bir siyasətlə həm Səudiyyə Ərəbistanı ilə əlaqəsini qorudu, həm də Qətərə qarşı təhdidlər qarşısındakı davranışını davam etdirdi.
 Referendum böhranında Türkiyənin istifadə etdiyi danışıq tonu bir az daha sərt oldu. Lakin embarqo və sərhədlərin bağlanması məsələsində Türkiyə özü bir addım atmadı, sadəcə Bağdadın atacağı addımlara hörmətlə yanaşacağını vurğuladı.
 
 QƏTƏR BÖHRANININ TƏRƏFİ OLAN S. ƏRƏBİSTANI BƏRZANİ BÖHRANINDA ROL ALACAQ YOXSA?
 
 Qətər böhranının arxasındakı ABŞ, İrana qarşı Səudiyyə Ərəbistanından istifadə etdi. Burada Türkiyə ilə Səudiyyə Ərəbistanı qarşı-qarşıya gələ bilərdi. Türkiyənin təmkinli siyasəti bu təhlükəni sovuşdurdu. Şimali İraq böhranında isə Qətər Türkiyə və İranla birlikdə hərəkət edəcək kimi görsənir. Səudiyyə Ərəbistanı isə İranın qarşısında referendumu dəstəkləyə bilər. Səudiyyə Ərəbistanı bu tənlikdə Bərzani tərəfinə keçərsə,onda böhranın miqyası böyüyəcək.
 
Müxalifət.az