ABŞ-dan ortalığı qarışdıracaq İDLİB SİQNALI

Baxış sayı:
5131

ABŞ Mərkəz Qüvvətlər Komandiri Votel, Türkiyənin Zeytun Budağı hərəkatı haqqında diqqətimizi dağıdır deyərkən, İdlib məsələsində də, bölgəyə müdaxilə siqnalı şəklində qəbul edəcək və çox mübahisəli ifadələr işlədib.
 
İDLİBƏ MÜDAXİLƏ SİQNALI
 
İranın dəstəklədiyi qüvvələrin İsrail sərhədinə yaxın bölgələrdə toplaşdığına və xüsusilə də Holan bölgəsində İsrailə qarşı təhdid təşkil etdiklərinə dair fikirlərə qoşulduğunu bildirən Votel, Suriyanın cənub qərbində olan hadisələrə Rusiyanın da tərəf olduğunu və Moskvanın buradan məsul tutulması lazım olduğunu bildirib.
Votel, bu sahələrin xaricində, İdlib kimi regionlarda "radikal qrupların toplanması" məsələsində qayğılarının olduğunu da bildirib.
 
İDLİBDƏKİ PİS TƏŞKİLATLARLA ƏN NƏHAYƏT MƏŞĞUL OLMAQ LAZIMDIR
 
Amerikalı komandir," Xüsusilə də İdlib kimi yerlər, bir çox pis təşkilatın toplanma sahələrinə çevrilir və ən nəhayət bunlarla məşğul olmaq lazımdır. Olmasa, daha böyük problem olacaqları barədə narahatam" deyə, üstüörtülü də olsa, gələcəkdə İdlibə müdaxilə üçün zəmin hazırlayıb.
Müxalifət.az