ABŞ-dan Kürd PEŞMƏRGƏLƏRİNƏ DƏSTƏK

Baxış sayı:
4087

İraq Kürd Regional Rəhbərliyinə (IKBY) bağlı Peşmərgə qüvvələrinə maddi dəstək ABŞ-dan gəlib.
 
4 ildən çoxdur ki, Bağdad ilə baş verən münaqişələrlə bağlı maaşlarını düzgün ala bilməyən Kürd Peşmərgə güclərinə ABŞ-dan dəstək gəlib.
 
20 MİLYON 800 MİN DOLLAR
 
Peşmerge Nazirliyindəki mənbələrə görə, bu gün IKBY banklarına ABŞ-ın Peşmərgə qüvvələri üçün ayırdığı 25 milyard İraq Dinarı (20 milyon 800 min dollar) köçürülüb. Köçürülən pulun bu həftə içərisində nazirlik nümayəndələrinə veriləcəyi bildirilir.
 
MAAŞLARINI ABŞ ÖDƏYİR
 
ABŞ, IKBY-yə bağlı Peşmərgə qüvvələri üçün hər ay 25 milyard İraq Dinarı (20 milyon 800 min dollar) ayıracaq. ABŞ ilə IKBY arasında imzalanan hərbi əməkdaşlığa əsasən Peşmərgə qüvvələrinin maaşları ABŞ tərəfindən ödənir. Bu isə ABŞ-ın geosiyasi niyyətlərindən xəbər verir.
Müxalifət.az