ABŞ-dan kritik Suriya açıqlaması: AĞ EV MAKRONU YALANLADI

Baxış sayı:
7369

Fransa prezidenti Makron'un "ABŞ-ı Suriyada qalmağa razı etdik" sözlərindən sonra Ağ Ev, "Suriyadan çəkilməkdə qərarlıyıq" açıqlaması verməklə Makronu təkzib etdi.
 
Ağ Ev, Fransada xüsusi bir proqrama qatılaraq Suriya hücumu və müttəfiqi ABŞ haqqında danışan Fransa prezidenti Makron'u təkzib edib. Ağ Ev Suriyadan çəkiləcəkləri yenidən təkrarlayıb.
 
"ABŞ ÇƏKİLMƏKDƏ QƏRARLIDIR"
 
Fransa prezidenti Emmanuel Makron'un "ABŞ prezidenti Donald Trampı, Suriyada qalmaqla bağlı razı saldıq" sözlərindən sonra Ağ Evdən açıqlama gəlib.
Tramp'ın, Suriyadakı Amerikan əsgərlərini evlərinə qaytarmaq qərarından vaz keçmədiyini ifadə edən Ağ Ev sözçüsü Sarah Sanders, "ABŞ-ın Suriyadakı missiyası dəyişmədi. Prezident Tramp, ABŞ qüvvələrinin mümkün olan ən qısa müddətdə evə dönmələrini istədiyi mövzusunda çox açıq danışdı" deyib.
 
"MÜTTƏFİQLƏRİMİZ DAHA ÇOX MƏSULİYYƏT ALMALIDIRLAR "
 
Sanders, Fransa prezidenti Emmanuel Makron'un bəzi Fransız televiziya kanalları və radiolarında yayımlanan ifadələrindən sonra etdiyi yazılı açıqlamada, "Suriyada olmağımızın səbəbi İŞİD ilə mübarizədir. İŞİD-ı tamamilə əzmək və geri dönüşünə maneə törədəcək şərtləri yaratmaqda qərarlıyıq. Ayrıca, regional müttəfiqlərimizin və ortaqlarımızın bölgəni zəmanət altına almaq üçün həm hərbi, həm də maliyyə olaraq daha çox məsuliyyət almalarını gözləyirik "deyib.
Müxalifət.az