ABŞ-dan İŞİD-ə silah yardımı ifşa oldu: SƏNƏDLƏR ORTAYA ÇIXDI

Baxış sayı:
4405

PKK/PYD-yə silah dəstəyi verən ABŞ-ın, İŞİD terrorçularına da silah ötürdüyü ortaya çıxıb. İŞİD-a ABŞ tərəfindən verilən silah sənədləri əldə edilib. Silahlar üç ayrı nöqtədən terror təşkilatına çatdırılıb.
 
ABŞ Suriyada PKK-ya daha böyük ərazi və legitimlik qazandırmaq üçün daxili müharibəyə daxil edilən terror təşkilatı İŞİD-a silah verib. “Yeni Şəfəq” qəzeti, İŞİD-a verilən silah sənədini əldə edib. Suriyada Şam-Sidnaya həbsxanasında yatan, 1987-ci ildə PKK terror təşkilatı ilə tanış olan və 2012-ci ildə Əsəd tərəfindən sərbəst buraxılan Davud kod adlı PKK-lı, ABŞ-ın terrorçulara silah verməsinin detallarını söyləyib.
 
SİLAH TƏHVİLİ 3 RAYONDA HƏYATA KEÇİRİLİB
 
Suriya daxilində 3 rayondan İŞİD-a ABŞ silahlarının təhvil verildiyini deyən Davud, "Tenef-55 bölgəsi, İraq, İordaniya sərhədlərinin kəsişdiyi Üçbucaq və Rakkanın cənub-şərqindəki Mansura bölgələri başlıca silah təhvil nöqtələri kimi istifadə edildi" deyib. Amerikalıların bu prosesdə 2 Ərəb və 3 Kürddən ibarət qrup yaratdığını qeyd edən Davud, bu gizli əməlin başına da Əbu Xalid adlı Hasekeli bir Ərəbin gətirildiyini bildirib.
 
İKİ AD EDAM EDİLİB
 
İŞİD-a silah daşıma prosesində aktiv rol alan Davud, 2015-2017-ci illər ərzində silahların İŞİD-ə fərqli metodlar istifadə edilərək təhvil verildiyini söyləyib. Prosesdə fəal iştirak edən Davud kod adlı PKK-lı, 2018 ildə silah təhvil qrupunda xidmət edən 2 nəfərin Tel Abyat və Xarab İşıq-da edam edildiyini bildirib. Hazırda Suriyada yaşayan Davud, qrupun başçısı Əbu Xalidin 2018-ci ilin ortasında Münbiçə yerləşdiyini qeyd edib. Davud, İŞİD-a edilən silah daşıma prosesinə dair bu məlumatları verib:
“ABŞ tərəfindən İŞİD-a göndərilən silahların daşınmasını koordinasiya edən gizli qrupun başında, Əbu Xalid adlı Hasekeli bir terrorçu durur.
 
 PKK-ya BİRGƏ HƏRƏKƏT
 
"ABŞ və PKK silah təhvil prosesində birgə hərəkət edirdilər. Silah və sursatlar bəzən yanacaqdoldurma tankerləri içərisində, bəzən də başqa mallarla yüklü yük maşınlarının içərisində nəql edilirdi. Ancaq ABŞ-lılar Tenefdə olan 55-ci nöqtə və İordaniya, İraq, Suriya sərhədlərinin kəsişdiyi Müsellesdə tonlarla sursat və silahı səhrada müəyyənləşdirdikləri bir nöqtəyə basdıraraq İŞİD-ın gecə gəlib götürməsini təmin edirdi. İŞİD, Humus-Tedmur müharibəsini böyük nisbətdə bu silahlarla edib".
 

TÜRKİYƏYƏ QARŞI VERDİLƏR
 
"Türkiyə və İŞİD arasında davam edən qarşıdurma dövründə ABŞ silahları PKK tərəfindən İŞİD-a verilib. Əl Babın şimal şərqində yerləşən Ümmü Cülud kəndindən o prosesdə 7 ayrı silah təhvili həyata keçirilib. Bu təhvillərdən bəzilərində PKK döyüşçüləri İŞİD-dən pul aldılar və aralarında təhvil-təslim protokolları imzalanıb. İŞİD möhürü vurulan bu sənədlərə bəzi simvolik rəqəmlər yazılıb, ancaq real xərclər yazılmadı. Çünki verilən silah və sursatın real qiyməti milyonlarla dollar edirdi."
 
Tarixi əsərlərlə bazarlıq
 
Davud kod adlı terrorçu ödəməyə dair isə bu məlumatları verib: "Rakkaya bağlı Mansura təhvil nöqtəsində bəzi vaxtlar İŞİD terrorçularının qızıl və tarixi əsər verdiyi olurdu. Bu dəyərli əsərlər və qızıl vasitəçilər tərəfindən Pentaqon rəsmilərinə təhvil verilirdi, ancaq bunların komandirlər, yoxsa qurum səviyyəsində istifadə edildiyini bilmirdik."
Qeyd edək ki, İŞİD-çı terrorçular Palmira başda olmaqla, Suriya və İraqda yerləşən çoxsaylı antik yaşayış məntəqələrini qarət etmişdi.
Müxalifət.az