ABŞ-dan İrana təhdid! TARİXİN ƏN KƏSKİN SANKSİYALARI…

Baxış sayı:
7528

ABŞ xariciiİşlər naziri Mayk Pompeo, ABŞ-ın İrana qarşı atacağı addımları açıqlayıb. Pompeo, ABŞ-ın İrana qarşı tətbiq edəcəyi sanksiyaları başa çatdıqda, bunun tarixin ən sərt sanksiyaları olacağını deyib. Xarici işlər naziri Pompeo, İrana qarşı sanksiyalar başa çatdıqdan sonra sözügedən ölkənin iqtisadiyyatının ayaqda qalmaq üçün çalışacağını deyib.
 
Pompeo, ABŞ-ın İranın bölgədəki təcavüzkarlığına qarşı regional müttəfiqlərlə əməkdaşlıq edəcəyini bildirib.
Pompeo, İranın kursunu dəyişmədiyi təqdirdə, ABŞ-ın tətbiq etdiyi sanksiyaların daha da dərinləşəcəyini və bu səbəblə vəziyyətin İran üçün daha acınacaqlı olacağını deyib.
Amerikalı nazir, İrana qarşı tətbiq olunacaq yeni sanksiyaların tezliklə həyata keçiriləcəyini bildirib.
Müxalifət.az