​ABŞ-dan GÖZLƏNİLMƏZ QƏRAR - İranla əməkdaşlıq edən ölkələr...

Baxış sayı:
7063

ABŞ hakimiyyəti İran ilə dinc nüvə əməkdaşlığı edən bəzi ölkələrin sanksiyalardan azad edilməsi möhlətini 90 gün uzadıb.
ABŞ XİN-in yazılı açıqlamasında deyilir ki, 2015-ci ildə imzalanmış İranla nüvə müqaviləsi çərçivəsində İran ilə dinc nüvə əməkdaşlığı eləməsinə icazə verilən 4 ölkənin sanksiyalardan azad edilmə möhləti 90 günlüyə uzadılıb.
Bundan əvvəlki dövrdə 180 gün olan möhlətin bundan sonra 90 günə endirildiyi və bunun İran üzərindəki təzyiqi daha da gücləndirəcəyi bildirilib. Bu çərçivədə Rusiya, Çin, Fransa və İngiltərə İran ilə dinc nüvə əməkdaşlığı çərçivəsində 2015-ci ildən bəri davam edən layihələrini davam etdirə biləcək.
İranın Rusiya ilə birlikdə həyata keçirdiyi “Buşer” Atom Elektrik Sanksiyası layihəsi də bu layihələrə daxildir.