ABŞ-dan Fars körfəzi ölkələrinə sanksiya - ŞOK

ABŞ Silahlı Qüvvələri Fars körfəzi ölkələri ilə birgə təlimlərin keçirilməsini dayandırıb.
“Assoşeyted Press” agentliyi buna səbəbin Qətər böhranı olduğunu açıqlayıb.
Qeyd edək ki, Qətər böhranı iyunun 5-də yaranıb. Nəticədə Bəhreyn, Səudiyyə Ərəbistanı, Misir və Birləşmiş Ərəb Əmirlikləri Qətəri terrorizmə dəstəkdə ittiham edərək, onunla əlaqələri kəsiblər.