ABŞ-dan dünyanı qarışdıracaq addım

Baxış sayı:
5149

ABŞ-ın Rusiya ilə Ukrayna arasındakı gərginlikdən dolayı Qara dənizə döyüş gəmisi göndərmə hazırlığında olduğu iddia edilib.
 
Amerikanın CNN televiziyasının Pentaqondakı üç rəsmiyə əsaslandırdığı xəbərində, Amerikan ordusunun Qara dənizə döyüş gəmisi sövq etmə hazırlığında olduğu bildirilib. Bu addımların Ukrayna ilə Rusiya arasında Azov dənizindəki böhrana cavab olaraq atıldığı ifadə edilib. Pentaqonun ABŞ Xarici İşlər Nazirliyindən Montrö Boğazlar Müqaviləsi çərçivəsində Türkiyədən boğazlardan Qara dənizə döyüş gəmilərinin keçidi üçün icazə tələb etməsini istədiyi irəli sürülüb. ABŞ bu məlumatı nə təsdiq, nə də təkzib etməyib.
Müxalifət.az