ABŞ-dan dünyanı narahat edən həmlə!

Baxış sayı:
4066

 ABŞ Mərkəz Qüvvələr Komandanlığının (CENTCOM) sözçüsü polkovnik Bill Urban ABŞ Hava Qüvvələrinə bağlı F-15 və F-35 təyyarələrinin Fars Körfəzində İrana yönəlik çəkindirmə keşik əməliyyatları keçirdiklərini açıqlayıb.
 
Anadolu Agentliyinin suallarını cavablandıran polkovnik Bill, "Onlar (F-15 və F-35-lər) ABŞ qüvvələrini və mənafelərini ən yaxşı şəkildə müdafiə etmək üçün yerləşdirildilər. Ərəb (Fars) Körfəzində müdafiə məqsədli çəkindirmə keşik-patrul əməliyyatları keçirirlər" deyib.
 
Varlıq aksiyasıdır
 
 Bu uçuşların güc nümayişi kimi səciyyələndirilməsinə münasibət bildirən Bill, “Bu bir güc nümayişi deyil, təcavüzkarlığı çəkindirmə məqsədli varlıq aksiyasıdır. Bu, ABŞ qüvvə və mənfəətlərini ən yaxşı müdafiə edəcək şəkildə bir yerləşdirmədir" cavabını verib.
Qeyd edək ki, ABŞ ötən həftə İrandan gələn təhdidlərə qarşı tədbir məqsədi ilə "USS Abraham Linkoln" təyyarə gəmisi döyüş qrupu ilə 4 nüvə tutumlu B-52 bombardman təyyarələrindən ibarət olan Bombardman Vəzifə Gücünü körfəzə sövq etmişdi.
ABŞ Müdafiə Nazirliyi (Pentaqon) İranın ABŞ-a aid hədəflərə hücum hazırlığında olduğu iddiası ilə etdiyi bu daşımadan sonra "USS Arlinqton" amfibiya gəmisini və bir “Patriot” hava müdafiə batareyasının da bölgəyə göndərildiyini bildirmişdi.
Digər tərəfdən, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) İranın BƏƏ açıqlarında dörd ticarət gəmisinə qarşı təxribat etdiyini iddia etmişdi.
BƏƏ rəhbərliyinin gəmilərdəki ziyanı araşdırmaq üçün ABŞ-dan kömək istədiyi də irəli sürülmüşdü.
Müxalifət.az