ABŞ-dan daha bir qalmaqal: İŞİD-çılar TƏXLİYƏ EDİLDİLƏR

Baxış sayı:
2095

ABŞ Suriyada çətin vəziyyətə düşən İŞİD-çı terrorçulara yardım etməyi davam etdirir. Daha əvvəl İŞİD-çıları təhlükəli ərazilərdən təxliyə edən ABŞ koalisiyası, növbəti dəfə qalmaqal yeni bir əməliyyat keçirib. Yerli mənbələrə görə, koalisiyaya məxsus vertolyotlar bu dəfə, Deyrizorun əl Şaafa kəndindəki terrorçuları şəhərin cənub-şərqinə təxliyə edib.
 
XALQ TƏHDİD EDİLİB
 
Əməliyyat zamanı bölgədə geniş təhlükəsizlik tədbirləri görüldüyü və yerli əhalinin danışmamaları üçün təhdid edildiyi qeyd olunub.
Qeyd edək ki, koalisiya qüvvələri keçən mart ayında şəhərə bağlı Əl Muraşida kəndində bir hava endirmə əməliyyatı keçirib.
 
KOMANDİRLƏRİ ALDILAR
 
Koalisiyaya bağlı 3 vertolyotun kəndə eniş edərək, İraq əsilli 4 İŞİD-çını götürüb, bilinməyən bir istiqamətə doğru uzaqlaşdığı qeyd edilmişdi. Mayadin şəhərinin sakinləri, Əsəd rejimi qüvvələrinin əməliyyatı başlamazdan əvvəl ABŞ vertolyotlarının İŞİD komandirlərini həmin ərazidən təxliyə edərək azad etdiyini bildirmişdi.
Müxalifət.az