ABŞ-dan “casus-keşiş Brunson” açıqlaması

Baxış sayı:
5647

ABŞ Xarici İşlər Nazirliyinin sözçüsü Hazer Nayert, Vaşinqtonda keçirdiyi mətbuat konfransında bir jurnalistin verdiyi, "Türkiyədən gələn xəbərlərdə keşiş Brunsonun oktyabr ayının ortalarında sərbəst buraxılacağı iddiaları var. Sizin bu məsələdə hər hansı bir məlumatınız varmı" sualına cavabda, "Bunu təsdiq etmirəm. Ancaq biz qəti şəkildə keşiş Brunsonun bir an əvvəl yurduna qayıtmasını istəyirik. Onsuz da bu çox gecikdi" deyib. Keşiş Brunsonun 12 oktyabrda məhkəməsinin olduğunu və bir neçə gün əvvəl konsulluq nümayəndələri vasitəsilə onunla əlaqə saxlanıldığını deyən Nayert, “Türk hökuməti ilə bu məsələ ilə bağlı yaxın təmas qurmağı davam etdirəcəyik. Ancaq bunun arxasındakı hər hansı bir informasiya üçün sizi onun vəkilinə yönləndirmək məcburiyyətindəyəm" deyə söyləyib. Müxalifət.az