​ABŞ-dan BU ÖLKƏYƏ TƏKLİF: Çevriliş edin, 60 milyard verək

Baxış sayı:
5071

Venesuelanın xilası üçün Beynəlxalq Valyuta Fondu 60 milyard dollar yardım ayırmalıdır.
Muxalifət.az axar.az-a istinadən xəbər verir ki, bu təklifi Kolumbiya Maliyyə naziri Maurisio Kardenas irəli sürüb.
“Hazırda hiperinflyasiya və defisit yaşayan Venesuelaya bu yardım indiki hakimiyyətin zamanında mümkün deyil. Heç kim bilmir ki, dəyişiklik nə zaman olacaq, amma biz indidən hər şeyə hazır olmalıyıq”, – deyə o bildirib.
Qeyd edək ki, Kolumbiya amerikayönlü siyasət yeridən ölkədir.