ABŞ-dan BMT-yə “FƏLƏSTİN” SANKSİYASI

Baxış sayı:
4411

Fələstinin Kimyəvi Silahların Qadağan Edilməsi Təşkilatına (OPCW) qəbul edilməsindən sonra ABŞ, BMT fondunun OPCW-yə və digər iki BMT təşkilatına verilməsinin dayandırılması üçün hərəkətə keçib.
 
Rəsmi səlahiyyətlilərin verdiyi məlumata görə, ABŞ Fələstinin üzv olması ilə birlikdə iki BMT agentliyinə və OPCW-yə verilən pulun kəsilməsini düşünür.
“AFP” agentliyi tərəfindən adı verilməyən bir Amerikalı nümayəndəyə əsaslandırılaraq edilən xəbərdə, "Amerikanın ardıcıl mövqeyi budur ki, Fələstinlilərin beynəlxalq təşkilata qoşulmaq səyləri erkən və zərər vericidir" deyə bildirilib.
Rəsmi səlahiyyətli bundan başqa, "Biz, Fələstinlilərin müəyyən BMT agentliklərinə və təşkilatlarına üzv olmasına dair ABŞ qanunvericiliyində nəzərdə tutulan məhdudiyyətlərin tətbiq olunmasını yenidən dəyərləndirəcəyik" deyə, söyləyib.
Amerika qanunvericiliyi isə Fələstinə üzvlük təmin edən BMT agentlikləri və bağlı təşkilatlarına ianəni qadağan edir.
Müxalifət.az