ABŞ-dan Afrin əməliyyatına İŞİD-lı HƏLL

Baxış sayı:
4864

ABŞ və Koalisiyaya bağlı yüksək səviyyəli bir qrup general, dünən Suriyanın şimalında, terror təşkilatı PKK-nın Suriya qolu olan YPG-ni ziyarət edib.
 
Yerli mənbələrdən alınan məlumatlara görə, ABŞ-lı generalların, YPG-ni Afrinə keçməməsi üçün inandırmağa çalışdıqları bildirilib. Həmçinin Türkiyə və ASO-nun Afrinə qarşı keçirəcəkləri əməliyyata qarşı bir həll yolu tapmağa çalışdıqlarını da terror təşkilatı YPG-nin başçılarına çatdırdılar.
 
ABŞ-dan AFRİN ƏMƏLİYYATINA İŞİD-lı HƏLL
 
Afrin əməliyyatını dayandırmaq üçün hər fürsətdə İŞİD-ı bəhanə edən ABŞ, Türkiyənin əməliyyatlarını dayandırması üçün süni İŞİD hücumları həyata keçirməklə beynəlxalq aləmi canlandırmağa planlaşdırırlar.
Pentaqonun sözçüsü ötən günlərdə verdiyi açıqlamada "Türkiyənin Afrin əməliyyatı, İŞİD ilə aparılan mübarizədən diqqəti dağıdır" - demişdi.
Bu açıqlamanın havada qaldığını görən ABŞ, TSQ-nin Afrin əməliyyatından sonra "İŞİD və YPG arasında şiddətli qarşıdurmalar yaşanır" təəssüratı yaratmağa çalışır.
Deyrizorda, son günlər MKİ-nin tapşırığı ilə İŞİD-in YPG-yə qarşı təsirli üç əməluyyatı olub. Dərhal bundan sonra ABŞ və Koalisiyanın hərbi rəsmiləri, YPG-nin Afrin əməliyyatı mövzusundakı "diqqət dağınıqlığı" ilə bağlı görüşlər keçirməyə başlayıb.
 
HƏDƏF AFRİN ƏMƏLİYYATI
 
Yaxın günlərdə ABŞ-ın İŞİD hücumlarını beynəlxalq ictimai rəyə nümunə göstərərək Türkiyənin Afrin əməliyyatına qarşı qara yaxmağı qarşısına məqsəd qoyduğu ortaya çıxıb.
 
 ABŞ: TÜRKİYƏNİ İNANDIRMAĞA ÇALIŞIRIQ
 
ABŞ hərbi rəsmiləri isə "Türkiyə ilə danışıqların davam etdiyini, əməliyyatın daha çox davam etməməsi və dayanması üçün, hərbi və siyasi olaraq ən yüksək səviyyədə işlərin aparıldığına yönəlik bəyanatlar verir.
 
TÜRKİYƏ AFRİN MƏSƏLƏSİNDƏ QƏRARLIDIR
 
TSQ, Türkiyənin milli təhlükəsizliyini təmin etmək, sərhədlərini qorumaq və terrorla mübarizə üçün başlatdığı “Zeytun Budağı” Hərəkatı çərçivəsində Suriyanın şimalında başlatdığı əməliyyatların bölgədəki bütün terror ünsürlərini təmizləyənə qədər davam edəcəyi məsələsində qərarlıdır.
Müxalifət.az