ABŞ-dan 7 saat ərzində ziddiyətli 2 F-35 qərarı!

Baxış sayı:
5902

 ABŞ Senatındakı Silahlı Qüvvələr Komitəsinin yeni sədri Ceyms Inhofenin ABŞ-ın Türk pilotlarının indiyə qədər Florida, Texas və Arizonada həyata keçirdiyi F-35 təlim uçuşlarını və texniki dəstəyin təhsilini dayandırdığını bəyan etmişdi.
 
 Bu bəyanatlardan 7 saat sonra Pentaqondan məsələ ilə bağlı yeni açıqlama verilib. Pentaqon sözçüsü podpolkovnik Mayk Andrews, "Türk pilot və xidmət dəstələrinin Luke Hərbi Hava Bazasındakı təhsilləri davam edir" deyib.
 
TƏLİMLƏR DAVAM EDƏCƏK
 
 Oklahomanın senatoru Respublikaçı Ceyms Inhofeun “Luke Hərbi Hava Bazasında Türklərin F-35-lərlə əlaqədar təhsillərini dayandıracağıq, bununla bağlı bir qərar qəbul olundu" ifadəsinin xatırladılmasından sonra Pentaqon sözçüsü Andrews, "Təlimlərin davam etdiyini təsdiq edirəm" cavabını verib.
Sözçü Pentaqonun dünən Türkiyəyə noyabr ayında göndərilməsi planlaşdırılan iki F-35 təyyarə üçün hazırlıq fəaliyyətinin və təyyarə ilə əlaqəli materialların daşınmasının dayandırılmasına yönəlik açıqlamasının bu təhsil fəaliyyətlərini əhatə edib etmədiyinə dair suala isə cavab verməkdən çəkinib.
Müxalifət.az