ABŞ-dan 4 dövlətə ittiham: “Müdaxiləyə hazırlaşırlar…”

Baxış sayı:
3460

ABŞ prezidentinin təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton bu il keçiriləcək parlament seçkilərinə Çin, İran və Şimali Koreyanın müdaxilə edəcəklərini bildirib.
Muxalifet.az xəbər verir ki, Bolton bununla bağlı təsdiq edilmiş kəşfiyyat məlumatları əldə etdiklərini açıqlayıb.
O, Rusiyanın 2016-cı ildə ABŞ-da keçirilmiş prezident seçkilərinə müdaxiləsini xatırladıb: “İki ildir Rusiyanın seçkilərə müdaxiləsi ətrafında yaranmış gərginlik səngimir. Hesab edirik ki, Rusiya növbəti dəfə bu il ABŞ parlamentinə seçkilərə müdaxilə etmək niyyətində ola bilər. Çin, İran və Şimali Koreyanın da bu müdaxilədə yer alacağı ehtimalı yüksəkdir”.
Con Bolton müdaxilənin qarşısını almaq üçün kiber təhlükəsizlik tədbirlərini gücləndirdiklərini bildirib.
Qeyd edək ki, ABŞ Prezidento Donald Tramp da bir neçə gün əvvəl Çinin seçilərə müdaxilə etməyə hazırlaşdığını iddia etmişdi.