ABŞ-dakı işgəncələrin SƏNƏDLƏRİ ORTAYA ÇIXDI

Baxış sayı:
5014

13 il ərzində ABŞ-da həbsdə olan Qətərli Əli el-Marrinin FBI casusları tərəfindən gördüyü işgəncə hesabatları ortaya çıxıb.
 
Qeyri-hökumət Təşkilatı CAGE-yin dərc etdiyi hesabatda  Nyu-Yorkdakı 11 sentyabr hücumundan sonra 2009-cu ilə qədər işgəncə gördüyü və ittihamları qəbul etdiyi bildirilən Ali el-Marrinin 2014-cü ildə sərbəst buraxıldığı da yer alıb.
 
FİZİKİ, DİNİ, AİLƏVİ VƏ BİR ÇOX İŞGƏNCƏ
 
51 səhifəlik hesabata əsasən El-Marri, təxminən 18 ay yüzlərlə Müsəlman şübhəli ilə Nyu-Yorkdakı bir həbsxanada mühakimə olunmadan tutulduqdan sonra, dövrün ABŞ prezidenti Corc W. Buş tərəfindən rəsmi olaraq düşmən döyüşçü elan edilib və Cənubi Karolinadakı bir hərbi həbsxanaya ötürülüb.
Hərbi həbsxanada 14 ay saxlanılan el-Marrinin, burada FBI və ABŞ Müdafiə Nazirliyi rəsmlərinin sistematik işgəncəsinə məruz qaldığı irəli sürülüb.
Hesabata görə el-Marri, hərbi bazadakı həbsi zamanı uzun müddətli kamera cəzası, fiziki və mənəvi zorakılıq, dini və mədəni istismar ilə ailə üzvlərinə təhdidin də aralarında yer aldığı bir sıra işgəncəyə məruz qalıb.
El-Marrinin məruz qaldığı işgəncələrin sonunda, 2009-cu ildə ona yönəldilən ittihamları qəbul etmək məcburiyyətində qaldığı bildirilən hesabatda, Qətər vətəndaşının məruz qaldığı işgəncələrin 14 aylıq hissəsinə dair sənədlərdə yer verilib.
Məhkumiyyətdən sonra 5 il həbs yatan el-Marri, 2014-cü ildə sərbəst buraxılıb.
Müxalifət.az