ABŞ-da təyyarə qəzaya uğrayıb: 9 ölü

Baxış sayı:
4492

ABŞ-ın Cənubi Dakota ştatında birmühərrikli "Pilatus PC-12" təyyarəsi qəzaya uğrayıb.

Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, Çemberlen şəhərindən havaya qalxan təyyarənin göyərtəsində 9 nəfər həlak olub.

Bildirilir ki, təyyarədə 12 nəfər olub.

Qəzanın səbəbi barədə məlumat verilmir.