ABŞ-da Trampın tərəfdarları ilə polis arasında toqquşma - XƏSARƏT ALANLAR VAR / YENİLƏNİB

Baxış sayı:
1070

ABŞ-ın paytaxtı Vaşinqtonda etirazçılar Kapitoli ətrafındakı hasarlar vasitəsilə binalardan birinə daxil olublar.

Bu barədə "RİA Novosti" məlumat yayıb.

Qeyd edilir ki, polis Trampın tərəfdarlarını dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edir.

Polis əməkdaşları ilə etirazçılar arasında baş verən toqquşmalar zamanı bir neçə nəfər xəsarət alıb.

***20:10

ABŞ Prezidenti Donald Trampın on minlərlə tərəfdarı Vaşinqtonda seçkilərin Co Baydenin qələbəsi ilə nəticələnmiş nəticələrinə etiraz olaraq aksiyaya başlayıb.

“RİA Novosti” xəbər verir ki, minlərlə insan Ağ Evdən cənuba doğru hərəkət etməyə başlayıb.

Trampın çıxış edəcəyi gözlənilir. O məğlubiyyətini qəbul etmir və vitse-prezident Mayk Pensdən Konqresdəki mərasim zamanı seçki nəticələrini nəzərdən keçirməsini tələb edir. Pensin belə səlahiyyəti yoxdur - qanuna görə səslərin sayılmasına rəhbərlik etməlidir və Konqres üzvləri mümkün etirazlar bildirə bilər.