​ABŞ-da öz oxşarını öldürən qadın həbs olunub

Baxış sayı:
4057

ABŞ polisi  öz həyat yoldaşını və özünün bənzəri olan qadını öldürməkdə şübhəli bilinən Minnesota sakinini həbs edib.
Muxalifet.az xəbər verir ki, bu barədə BBC məlumat yayıb.
Martın 23-dən bəri axtarışda olan 56 yaşlı Luis Rayes Texas ştatının cənubunda saxlanılaraq polis bölməsinə aparılıb.
Ötən ay onun Minnesotadakı evində həyat yoldaşı Devid Rayesin meyiti tapılıb.
Müstəntiqlərin dediyinə görə, qadın ərini qətlə yetirdikdən sonra qanundan qaçmaq üçün ondan oğurladığı 11 min dollarla Florida ştatına uçub.  
Orada başqasının şəxsiyyətini ələ keçirmək üçün xarici görünüşünə görə özünə bənzəyən 59 yaşlı Pamela Hatçinsonu qətlə yetirib.
Hatçinson aprelin 9-da Fort Mayers Biç rayonundakı evində ölü vəziyyətdə aşkarlanıb.  “Şəxsiyyət oğrusu” hər iki qurbanını tapança ilə qətlə yetirib.
Hadisə ilə bağlı istintaq davam edir.