ABŞ-da müsəlman qız tələbəyə təcavüz: Hicabını çıxarmağa çalışdılar...

Baxış sayı:
3673

 ABŞ-ın Nyu-Cersi ştatındakı bir məktəbdə Müsəlman bir qız tələbəyə qarşı təcavüz baş verib.
 
“East Burnswick” Litseyindəki təcavüzün sosial mediada paylaşılan videosunda hicablı Müsəlman bir tələbənin məktəbin yemək salonunda digər bir tələbə tərəfindən yerə yıxılaraq döyüldüyü görünür.
Mediaya əks olunan xəbərlərdə, adını verməyən bir tələbə, "Müsəlman bir qızın yerdə digər bir qız tərəfindən amansızcasına döyüldüyünü gördüm" deyib.
Hadisəyə şahid olan digər bir tələbənin də Müsəlman qızın hicabının çıxarmağa çalışıldığını və üzünə tüpürüldüyünü bildirib.
Hadisədən sonra yüzlərlə tələbə ailə üzvünün iştirak etdiyi məktəbin idarəetmə toplantısında məktəbin direktoru Viktor Voleski, "Bu hadisənin təsirindən dolayı Müsəlman cəmiyyətindən şəxsən üzr istəmək istəyirəm" deyib.
Davanın mümkün "nifrət cinayəti" olaraq araşdırıldığı qeyd edilərkən, məktəb rəhbərliyinin "zorakılığa sıfır tolerantlıq" siyasətinin gərəyi olaraq Müsəlman qız da daxil, davaya qarışan və video çəkən tələbələrə müvəqqəti bir müddət uzaqlaşdırma cəzası verildiyi qeyd edilib.

Müxalifət.az