​ABŞ-da hərbi təyyarə qəzaya uğrayıb, ÖLƏNLƏR VAR

ABŞ-ın Tennesi ştatında T-45 hərbi təyyarəsi qəzaya uğrayıb.
APA-nın xəbərinə görə, bu barədə “Fox News” məlumat verib.
Hadisə nəticəsində təyyarədə olan 2 hərbçi ölüb. ABŞ Hərbi-Dəniz Qüvvələrinin nümayəndəsi faktı təsdiqləyib.
Qəzanın səbəbləri hələ ki, məlum deyil.