​ABŞ-da dövlət çevrilişi BAŞ VERDİ: Tramp bu səlahiyyətdən məhrum EDİLDİ – ŞOK İDDİA

Baxış sayı:
3766

“Birləşmiş Ştatların prezidenti Donald Tramp faktiki olaraq öz seçkiqabağı vədlərini reallaşdırmaq imkanından məhrum olub”.
Muxalifət.az “İzvestiya” nəşrinə istinadən xəbər verir ki, bunu Rusiya Federasiya Şurasının beynəlxalq məsələlər üzrə komitəsinin sədri Konstantin Kosaçev bildirib.
“ABŞ-da son bir il ərzində prezidentli respublikadan parlament respublikasına transformasiyanın olduğu sürünən de-fakto dövlət çevrilişi baş verdi. Tramp seçkilərdə ona qələbə gətirən çağırışları reallaşdırmaq imkanından tamamilə məhrum edilib”, - rusiyalı senator qeyd edib.